Günümüzdə bank müştərisi olmayan insan nadir hallarda tapılar. Əməkhaqqı almaqdan tutmuş keşbek qazanmaq istəyənlərə qədər hamı müxtəlif bankların müştəriləridir. İşin içərisinə depozit, kredit, sığorta və s. kimi məsələlər daxil olanda bank xidmətləri və məhsulları həyatımıza kifayət qədər xoşbəxtlik qatır deyə bilərik. İstədiyimiz vaxt borc pul götürüb xərcləyə, sonra hissə-hissə qaytara bilirik. Hansı ki həmin borc pullarla yüzlərlə işimizi həll edir və qaydasına salırıq. Bu dəfə banklara qoyduğumuz əmanətlərən necə kredit götürə biləcəyimizdən danışacağıq.
Əmanət təminatlı kredit nədir?
Əmanət təminatlı kredit bankda olan əmanət vəsaitinizin girov qoyulması hesabına əldə edə biləcəyiniz kredit növüdür. Digər təminatlı kredit məhsulları ilə müqayisədə daha az riskli olması ilə seçilir. Bu kreditin əsas fərqi odur ki, bank sizə kredit təqdim etmək üçün ev, maşın və ya digər əmlak növləri üzrə girov tələb etmir. Yalnız bankdakı pulunuzu təminat olaraq qəbul edir. Bir çox banklarda emanet teminatli kredit götürərkən rəsmi gəlir tələbi də olmur. Siz əmanətinizə toxunmadan həmin vəsaitin bir hissəsini nağd və ya hesab üzrə kredit formasında əldə edirsiniz. Bu ehtiyat üçün yığdığı pula toxunmaq istəməyənlər, gələcəyə də maliyyə dəstəyi saxlamaq istəyənlər üçün effektiv metoddur. Eyni zamanda çətin vəziyyətlərdə nağd kredit götürə bilməyəndə bankdakı əmanətlərin bu formada rolu böyükdür. Çünki işsiz, gəlirsiz olduğunuz, hər hansısa əmlakı girov qoya bilmədiyiniz hallarda böyük köməyi olur. Həm kənarda pulunuz toplanır, həm də onun sayəsində depozit krediti götürüb işləri yoluna qoymaq olur. Təkcə çətin vəziyyətlər üçün deyil, həyatınıza yeni səhifə açmaq, təzə biznesə başlamaq, səyahətlər etmək və yaxud digər bütün məqsədləriniz üçün rahatlıqla emanet krediti götürüb pulunuzu doyunca xərcləyə bilərsiniz.
Emanet krediti götürmək şərtləri necədir?
Əmanət krediti yəni depozit təminatlı kredit nisbətən daha sərfəli şərtlərlə təqdim olunduğu üçün borcalanlar arasında son illərdə daha da populyarlaşıb. Burada əsas şərt bankda əmanət hesabınızın olmasıdır. Kreditin maksimum məbləği əmanətin həcminə uyğun olaraq təyin edilir və adətən əmanətin 80-95%-i həcmində olur. Depozit kredit götürüldüyü müddətdə dondurulur və ondan istifadə məhdudlaşır. Kreditin götürülmə müddəti əmanətin bitmə tarixindən uzun olmur. Emanet teminatli kredit faizləri adətən əmanətin məbləğinə, kreditin həcminə, müddətinə və ya bankın digər şərtlərinə əsasən təyin edilə bilər.
Depozit krediti nağd kreditlərdən nə ilə fərqlənir?
Depozit krediti və nağd kredit arasında əsas fərq odur ki, əmanətləriniz üzrə götürdüyünüz borclardan həm də əlavə gəlir qazana bilirsiniz. Belə ki, kredit götürməyinizə baxmayaraq, əmanətiniz üzrə faiz gəlirləri əvvəlki qaydada hesablanaraq hesabınıza köçürülür. Bundan başqa, depozit kredit götürmək üçün əsas təminat olaraq qəbul edildiyi üçün əlavə tələb və sənədlərə ehtiyac duyulmur. Təsdiqlənmə mərhələsi sürətli olur. Bu kreditlər üzrə faiz dərəcələri də nisbətən aşağı dərəcələrlə təklif edilir. Çünki bankda olan təminatınız hesabına faiz dərəcələri nağd kreditlərlə müqayisədə daha aşağı hədlərdən hesablana bilər. Tutaq ki, nağd kredit illik 18% faizlə təklif olunur, siz 10 000 AZN kredit götürsəniz, 12 ay ərzində 1 800 AZN faiz ödəyirsiniz. Amma eyni məbləğdə əmanətiniz varsa, bank sizə 10%-lə emanet krediti verə bilər və bu zaman sizin ödəyəcəyiniz faiz 1 000 AZN olur. Hətta əmanətiniz 5-6% illik gəlir qazandırırsa, bu fərq daha da azalır.
Kredit ödənişləri gecikərsə, əmanətə nə olur?
Əmanət təminatlı kreditlərin ödənişlərində gecikmələrə yol versəniz, bank ilk olaraq sizi xəbərdar edir. Daha sonra isə cərimə faizləri tətbiq oluna bilər. Gecikmə uzanarsa və razılaşdırılmış müddətlər keçərsə, bankın hüququ yaranır ki, kreditin ödənilməmiş hissəsini birbaşa sizin əmanət hesabınızdan silsin. Bu proses isə rəsmi xəbərdarlıq, müqavilə şərtləri və hüquqi prosedurlar çərçivəsində baş verir. Yəni bank əmanəti dərhal müsadirə etmir, amma siz gecikmələri davam etdirdikdə, əmanət bu borcu ödəmək üçün istifadə oluna bilər. Odur ki kreditləri vaxtlı-vaxtında ödəmək tövsiyə olunur.
Əmanətiniz ilə həm kredit, həm də faiz gəliri götürün!
Mağazadan alış-veriş etdiyiniz zaman yəqin ki, “bir məhsul alanda ikincisi hədiyyə” kimi endirim kampaniyaları ilə qarşılaşmısınız. Hətta diqqətinizi çəkən məhsullar olanda onlardan yan keçmək mümkün olmur. Burada sizin məqsədiniz daha sərfəli alış-veriş etməkdirsə, mağazaların məqsədi öz məhsullarını sizin yaddaşınızda münasib məhsullar olaraq yadda saxlamaqdır. Yaxud başqa səbəblər də ola bilər. Əmanət kreditləri də bankların öz müştəriləri üçün təqdim etdiyi sevilən məhsullardandır. Burada əslində öz pulunuzla özünüz üçün kredit götürüb sonra yerinə qoymuş olursunuz. Üstəlik pulunuz azalmır, əksinə üzərinə faizlər gəlir. Əmanət krediti götürmək işlərinizi kifayət qədər qabağa salacaq, büdcənizin qayğısına qalacaq və pul dərdi çəkməyə qoymayacaq.