Debet kart ilə ödəyin, həyatınıza yeni fürsətlər gətirin!

debet kartı

Özünüz üçün sonuncu dəfə nə zaman hədiyyə almısınız? Oyun konsolu, sevdiyiniz kitab, yeni qulaqlıqlar, bəlkə yeni bir divan. Bəzən bu xırda sevinclər həyatımıza xüsusi rəng qatır. İndi özünüzü sevindirmək üçün sadəcə bir toxunuş kifayətdir. Bu rahatlığı isə sizə birbaşa cibinizdə, yaxud telefonunuzda daşıdığınız debet kart yaradır. Kartınızla istədiyiniz an, istədiyiniz yerdən özünüz və sevdikləriniz üçün istədiyiniz qədər hədiyyələr ala bilərsiniz. Alış-verişdən öncə isə bəzi detallarla tanış olmağınız faydalı olar.

Debet kart nə üçündür?

Debet kartları bankların müştəriləri üçün yaratdığı asan, sürətli və təhlükəsiz ödəniş vasitəsidir. Bank kartı məlumatlarınızı kənar şəxslərlə paylaşmadığınız müddətcə məlumatlarınıza və pullarınıza heç kim müdaxilə etmir. Bu kartlarda ürəyiniz istədiyi qədər pul saxlaya, onu nağdlaşdıra, pul köçürmələri və alış-veriş edə, həmçinin müxtəlif ödənişləri həyata keçirə bilərsiniz. Hazırda banklar müştərilərinə manat, dollar və avro olmaqla üç valyutada debet karti sifarisi etmək şansı yaradır. Sözügedən kartlarla həm ənənəvi, həm onlayn olmaqla ölkədaxili və ölkəxarici əksər ödənişləri həyata keçirmək mümkündür. Buraya oyun platformaları, alış-veriş saytları, yemək sifarişi tətbiqləri, taksi sifarişi, səyahət biletləri almaq, kurslar və s. daxildir.  

Ən yaxşı debet kartlar hansılardır?

Ən yaxşı bank kartı seçməyin bir çox üsulları var. Debet kart alarkən bankın təklif etdiyi üstünlüklərə və şərtlərə göz gəzdirmək faydalıdır. Hazırda müştərilər daha çox pulsuz debet kart sifarisi etməyə üstünlük versə də, əslində bu kartın keşbek, əlavə bonuslar, kart qalığına faiz gəliri, səyahət milləri qazandırıb-qazandırmamasına da diqqət yetirmək vacibdir. Həmçinin sizin alış-veriş məkanlarınıza və vərdişlərinizə uyğun debet kartınızın olması əlavə üstünlükdür. Çünki bir bankın debet kartında yanacaq doldurma mərkəzləri üzrə keşbek faizi yüksəkdirsə, digərində bu marketlərdən alış-verişlərə aid ola bilər. Pul xərcləmək vərdişlərinizə uyğun müxtəlif baklardan debet kart sifarisi edə bilərsiniz. Növündən asılı olaraq VİSA debet kartı Mastercard debet kartı ilə adıçəkilən şirkətlərin otellərdə, hava limanlarında, əyləncə mərkəzlərində yaratdıqları üstünlüklərdən, pulsuz xidmətlərdən yararlanmaq olar.

Debet kart almaq üçün tələblər nədir?

Ölkəmizdə debet kartı almaq üçün əsasən şəxsiyyət vəsiqəsi kifayət edir. Əksər hallarda müştərinin 18 yaşdan yuxarı olması tələb olunur, lakin bəzi banklar 16 yaşdan etibarən valideyn razılığı ilə də kart təqdim edir. Kartı onlayn formada bankın saytından və ya mobil tətbiqdən sifariş etmək mümkündür, həmçinin birbaşa filialdan da əldə oluna bilər. Sifarişdən sonra kart bir neçə gün ərzində hazırlanır və ya dərhal təqdim edilə bilər. Aktivləşdirmə isə mobil tətbiq, SMS və ya ATM vasitəsilə həyata keçirilir. Proses sadə və rahatdır, əlavə sənəd tələb olunmur.

Debet kartın müddəti bitdikdə necə yenilənir? 

Kartın müddəti bitdikdə o avtomatik olaraq deaktiv olur və istifadəsi məhdudlaşır. Əksər banklar kartın bitmə tarixi yaxınlaşdıqda müştəriyə yeni kartın hazırlanması ilə bağlı məlumat verir. Yaxud müştəri özü banka müraciət edir. Yeni kart əldə edildikdə onu aktivləşdirib əvvəlki kartın yerinə istifadə etmək mümkündür. Balansdakı məbləğ avtomatik yeni karta köçürülür. 

Debet kartın balansı necə artırılır?

Müştərilər debet kartın balansını artırmaq üçün daha çox bankomatlar vasitəsilə hesaba nağd pul yatırmağa üstünlük verir. Digər üsul bank filialına yaxınlaşaraq kassadan birbaşa kart hesabınıza pul köçürməkdir. Bundan əlavə, mobil bankçılıq tətbiqləri və ya internet bankçılıq vasitəsilə digər hesabdan və ya kartdan öz debet kartınıza vəsait köçürə bilərsiniz. 

Bir kartla başlayan fürsətlər, alış-verişlər və istədiyiniz çox şey!

Saymaqla bitməyən üstünlükləri ilə bu kartlar həyatınıza rahatlıq, sürətlilik və yeni fürsətlər gətirir. Pulsuz xidmətlərdən yararlanmaqdan tutmuş təcili işləri həll etməyə qədər debet kartların üstünlüklərindən olduğunuz hər yerdən və istədiyini zaman yararlana bilərsiniz. Elə indi sevimli bankınızdan debet kart sifarisi edin və fürsətləri dəyərləndirin.


Debet kart forması

"Sifariş et" düyməsini basmaqla, İstifadəçi ŞərtləriMəxfilik Siyasətini qəbul etdiyinizi təsdiq edirsiniz.