Günümüzdə biznes qurmaq əvvəlki illərlə müqayisədə daha rahatdır. Bacarıqlarımızı, sevdiyimiz sahələri, qarşımıza çıxan fürsətləri gəlir mənbəyinə çevirmək üçün bəzən sadəcə sosial media hesabları istifadə etmək kifayət edir. Çünki geniş auditoriyaya rahatlıqla çıxa bilirik və cəmiyyətin yararlanmaq istədiyi xidmətlər də günü-gündən artır. Həm bu qədər tələb varsa, həm də təklif edə biləcəyimiz bir biznesimiz varsa və ya biznes qurmaq planları üzərində işləyiriksə, işləri sürətləndirmək və daha böyük uğurlara imza atmaq üçün biznes krediti məhsulu əvəzolunmaz dəstək vasitələrindən biri ola bilər.
Biznes krediti nedir?
Biznes kreditləri kiçik, orta və böyük sahibkarların fəaliyyətlərinə təkan vermək məqsədilə nəzərdə tutulan kredit məhsuludur. Bazarda ilk addımlarını atan sahibkarlardan tutmuş biznesini böyütməyə çalışanlara, daha böyük layihələrin icrasına hazırlaşanlara qədər bütün sahibkarlar bu məhsuldan yararlana bilər. Adi kreditlərdən fərqli olaraq bu kreditlərin məbləği və şərtləri bir qədər fərqli olur. Adətən borcalanlara fəaliyyətlərinə uyğun daha yüksək məbləğlər ayrılır və kredit faizləri dəyişkən ola bilər. Təbii ki sərfəli biznes kreditləri də mövcuddur ki, burada sahibkarlara müəyyən güzəştlər də tətbiq edilir.
Biznes krediti kimlere verilir?
Biznes krediti sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə, yəni məhsul və ya xidmət istehsal edən, satışı həyata keçirən və ya ümumi biznes fəaliyyəti göstərən fərdlərə və qurumlara maliyyə dəstəyi məqsədilə təqdim olunan kredit növüdür. Buraya həm fiziki, həm hüquqi sahibkarların hər biri daxildir. Banklar sahibkar krediti verərkən əsasən VÖEN hesabı üzrə minimum fəaliyyət müddəti, rəsmi dövriyyə, bank hesabı əməliyyatları kimi tələblər irəli sürə bilər. Ümumilikdə tələb olunan şərtlərə cavab verən bütün sahibkarlar kredit əldə edə bilər. Yeni biznesə başlayanlar üçün isə banklarda mikrobiznes krediti kimi daha güzəştli məhsullar mövcuddur.
Biznes krediti şərtləri necədir?
Kreditin verilməsi üçün əsas şərt sahibkarın VÖEN-nin olması və aktiv fəaliyyət göstərməsidir. Banklar adətən son 6 ay və ya 1 il üzrə maliyyə dövriyyəsini nəzərə alır. Əgər dövriyyə kifayət qədərdirsə, kredit almaq şansı yüksəlir. Bəzən zəmanət və ya girov təqdim etmək də tələb olunur. Bəzi hallarda sahibkarlıq təcrübəsi və vergi ödənişləri də qiymətləndirilir. Faiz dərəcəsi bankların təkliflərinə görə dəyişir, amma ümumilikdə illik 10-20% aralığında olur. Kredit müddəti isə adətən 6 aydan başlayaraq dəyişir. Kiçik və orta bizneslər üçün dövlət tərəfindən güzəştli proqramlar da mövcuddur. Biznes krediti sifarişi zamanı əsasən şəxsiyyət vəsiqəsi, VÖEN hesabı, bank hesabı çıxarışları və biznesə dair məlumatlar tələb olunur.
Biznes krediti necə verilir?
Biznes krediti almaq üçün ən önəmli qərarlardan biri sərfəli bankı və kredit məhsulunu seçməkdir. Bunun üçün bankların veb-saytında və mobil tətbiqində yer alan biznes krediti kalkulyator alətindən istifadə etmək mümkündür. Daha sonra sahibkar şəxsiyyət vəsiqəsi, VÖEN və bizneslə bağlı tələb olunan sənədləri banka təqdim edir. Bank sahibkarın maliyyə vəziyyətini, dövriyyəsini və vergi ödənişlərini araşdırır. Əgər biznes aktivdirsə və gəlir yetərlidirsə, kredit verilməsi üçün borcalana məlumat verilir. Bəzi hallarda bank girov və ya zəmanət də tələb edə bilir. Bank bu məlumatlara əsaslanaraq kredit məbləğini, faiz dərəcəsini və müddətini müəyyən edir. Kredit müqaviləsi imzalanandan sonra vəsait sahibkarın hesabına köçürülür. Kredit müddətində sahibkar aylıq və ya digər cədvələ uyğun ödənişləri həyata keçirir. Ödənişləri zamanında və ya güzəşt müddətini keçmədən həyata keçirmək vacibdir.
Online biznes krediti ilə işlərinizi daha sürətli həll edin
Sahibkar kreditindən bu qədər danışmışkən onlayn biznes kreditini də xüsusi vurğulamaq lazımdır. Belə ki, sahibkarlar işlərini axsatmadan, əlavə vaxt itirmədən, növbələrdə gözləmədən olduqları yerdən online biznes krediti sifariş edə bilərlər. Proseslər və kreditlər ənənəvi kredit müraciəti ilə eynidir. Hətta sənədlərin təqdim edilməsindən tutmuş məbləğin əldə olunmasına qədər bir çox əməliyyatlar onlayn şəkildə də aparıla bilər. Bu isə işlərinizi olduqca asanlaşdıracaqdır. Bundan başqa ən sərfəli krediti tapmaq üçün onlayn sifariş zamanı yaxşı olar ki, biznes krediti kalkulyator ilə öncədən hesablamalar aparasınız. Bu alət kreditinizin məbləğinə və müddətinə görə faiz dərəcəsi, aylıq və ümumi ödənişləri hesablayaraq təqdim edir.
Biznesiniz üçün ən sərfəli krediti seçin
Sahibkar krediti biznes sahibləri üçün işləri qaydasına qoymaq, daha da böyümək və genişlənmək imkanı yaradan vacib maliyyə alətidir. Bu kreditlər yeni layihələrin həyata keçirilməsinə, dövriyyənin artırılmasına və bazarda mövqeyin gücləndirilməsinə kömək edir. Əsas məsələ şərtləri düzgün başa düşmək, maliyyə imkanlarını real qiymətləndirmək və öhdəliklərə məsuliyyətlə yanaşmaqdır.