Həyatımızda elə anlar var ki, onları əsla unutmuruq və bəzən o günlər bizim üçün dönüş nöqtəsi olur. Həmin günlərdə qazandıqlarımız bir ömürlük həyat hekayəmizə ilham verir. Yəqin ki, siz də ilk aldığınız maaş gününü unutmamısınız. Yaxud ilk pul mükafatı, ilk qazanılan qalibiyyət mükafatı və s. Pul qazandığımız andan etibarən isə onun daimiliyini qorumaq hissi formalaşır. Çünki ehtiyacımız olan anda pulun əlimizin çatdığı yerdə olmasının rahatlığı bizi daha xoşbəxt hiss etdirir. Bu səbəbdən banklar öz müştərilərini düşünərək onlara yığım əmanəti məhsulunu təklif edir. Məqsəd insanlar üçün zəhmətlə və sevgiylə qazandıqları pulları daha etibarlı və məqsədli şəkildə saxlayıb, üzərinə biraz da pul qoyub geri verməkdir. Bəli, düz oxudunuz. Bank pulunuzun üstünə pul qoyub verir. Necə gəlin tanış olaq. 

Yığım depoziti nədir?

Yigim emaneti yaxud yigim depoziti pul toplamaq və bu pul vəsaitlərinin dəyərini artırmağa imkanı verən xüsusi əmanət növüdür. Belə ki, banka müəyyən məbləğdə pulu depozit şəklində yerləşdirirsiniz, bank bu pulu geri alacağınız müddətə və pulun məbləğinə görə faiz gəlirləri hesablayaraq həmin məbləğin üzərinə gəlir. Yerləşdirəcəyiniz pulun məbləğini və müddətini təyin etmək sizin ixtiyarınızdadır. Bundan başqa, yığım əmanətləri depozitinizin üzərinə müəyyən müddətlərdə əlavə pul qoymağınıza da imkan verir. Bundan sonra isə faizlər yenilənmiş məbləğə görə hesablanmağa başlayır. 

Ən yüksək yığım əmanəti faizləri haradadır?

Yığım əmanətləri üzrə faizlər depozitinizi banka qoyduğunuz şərtlərə əsasən hesablanır. Əgər depozitimi necə və hara qoyum ki, daha çox qazanım deyə düşünürsünüzsə, sizə tövsiyəmiz ilk olaraq depoziti yerləşdirmək məqsədinizi aydınlaşdırmaqdır. Çünki bütün banklarda depozit yerləşdirmək müddətli yaxud müddətsiz olaraq iki kateqoriyaya bölünür. Müddətsiz yığım depoziti üzrə pullarınızı istədiyiniz zaman əlavə komissiyalarsız, olduğu kimi geri götürə bilərsiniz. Ancaq bu zaman faiz gəlirləri aşağı olur. Müddətli yığım əmanəti isə müddətin sonunda götürəcəyiniz halda daha yüksək faizlər üzrə əlavə pullar qazandırır. Burada məqsədinizi dəqiqləşdirmək ona görə lazım idi ki, məsələn, əgər bu pulun sizə hər an lazım ola biləcəyini düşünürsünüzsə, müddətsiz yerləşdirin. Amma övladınızın toyuna, gələcək təhsilinə, yaxud özünüzlə bağlı uzunmüddətli planlarınıza yatırım etmək fikrindəsinizsə, müddətli depozit daha məsləhətlidir. O ki qaldı ən yüksək faizlərə bunu kiçik bir araşdırma edərək hansı bankda daha yüksək faizlər təklif olunursa, o tərəfə üz tuta bilərsiniz.

Yığım depoziti faiz gəliri vergiyə cəlb olunurmu?

Ölkəmizdə milli valyutada olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır. Əgər aylıq gəlir faizi 200 manatı ötərsə, bu zaman əmanətçi vergi ödəyəcəkdir. Ancaq bu vergini ödəmək istəməyən fiziki şəxslər üçün başqa imkan da mövcuddur. Belə ki, fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycan Respublikasındakı filialında) milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmadan ödənildikdə, hesablanmış faiz gəlirlərinin tam hissəsi 3 il müddətinə vergidən azad edilir. Banka yigim emaneti yerləşdirərkən bu kimi nüansları bank əməkdaşı ilə dəqiqləşdirə bilərsiniz.

Əmanəti vaxtından əvvəl çıxardıqda nə baş verir?

Müddətli yerləşdirdiyiniz əmanəti vaxtından əvvəl çıxarmaq mümkündür. Əgər bu pullar sizə təcili şəkildə lazım deyilsə, bunu etmək tövsiyə edilmir. Çünki depoziti bankla öncədən razılaşdırılmış müddət tamam olmadan çıxarsanız, bank sizə sadəcə minimal faizlə gəlir ödəyə və ya ümumiyyətlə ödəməyə bilər. Nümunə üzərindən getsək, əgər siz 1 illik 10% faizlə əmanət yerləşdirmisinizsə və 6 aydan sonra onu çıxarsanız, banka qoyduğunuz pulla heç bir gəlir əldə etməyə bilərsiniz və ya sadəcə 0.1-1% arası simvolik faiz ala bilərsiniz. Bəzən isə əmanətin ümumi məbləğinin müəyyən qismi qaytarılır. Tövsiyə olunur ki, bütün bunları bankla dəqiqləşdirib daha sonra yigim depoziti üzrə hesab açasınız.

Pulunuzu banka əmanət edin, gəlirlərinizi daha da yüksəldin!

Kənara atdığınız hər kiçik məbləğdən belə pul qazanmaq üçün sevimli bankınıza elə indi əmanət yerləşdirməyə başlayın. Çünki pulunuz daha təhlükəsiz yerdə qalacaq, itirmək və oğurlanmaq təhlükəsi olmayacaq. Həmçinin bu, pul yığa bilməyənlər, tez-tez xərcləyənlər üçün də ideal pul toplamaq üsuludur. Pul hesabınızda qalıb daha da dəyər qazanacaq və vaxt aşırı hesabınızdakı məbləğə əlavə pullar da yükləyə biləcəksiniz. Odur ki ən yaxşı əmanət faizi təklif edən bankı tapın, əmanətinizi yerləşdirin və günü-gündən daha çox qazanın.